Azərbaycan prezidenti Qaxda avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan prezidenti Qaxda avtomobil yolunun açılışında iştirak edib
# 03 avqust 2017 14:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb.

Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR