Sumqayıtda bir həftə əvvəl piyadanı vurub qaçan sürücü tutulub

Sumqayıtda bir həftə əvvəl piyadanı vurub qaçan sürücü tutulub
# 09 yanvar 2020 12:26 (UTC +04:00)

Sumqayıtda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 1-də saat 18 radələrində Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Z.Şirinov vurulub və piyada xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini M.Babaşov saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR