Türkiyə parlamenti İraqda hərbi əməliyyat keçirmə mandatı uzadıb

Türkiyə parlamenti İraqda hərbi əməliyyat keçirmə mandatı uzadıb
# 23 sentyabr 2017 19:12 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisi keçirdiyi növbədənkənar iclasda hökumətin İraqın şimalında və Suriyada Türkiyə hərbiçilərinin hərbi əməliyyatlar keçirilməsi mandatını bir il müddətinə uzadıb.

APA-nın məlumatına görə, qeyd olunan mandat hökumətə 2012-ci ilin oktyabrın 4-də Türkiyənin Suriya ilə sərhəd bölgələrində yaşayan sakinlərini hücum və raket zərbələrindən müdafiə etmək məqsədilə verilib.

Qeyd edək ki, İraqın şimalındakı kürd muxtariyyəti sentyabrın 25-nə müstəqillik referendumu təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR