"Azərbaycan prezidenti İlham Əliyevin 17 mart 2017-ci il tarixli “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, 9 oktyabr tarixli sərəncamla isə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib".
APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə. Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində addımlar atılıb və atılır: "Azərbaycanda insanların məşğulluğu istiqamətində hökumət tərəfindən ciddi layihələr həyata keçirilir və bu, ciddi effekt verməkdədir. Prezident İlham Əliyev 2003-cü ildə seçki platformasının əsas istiqamətlərindən biri olaraq 5 il ərzində 500 min iş yerinin yaradılacağı əksini tapmışdı. Sonrakı dövrdə də bu istiqamət əsas prioritetlərdən biri olub. 2003-cü ildən bu yana təxminən 1,9 milyon iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istiqamətində çox möhtəşəm layihə həyata keçirilib. İşsizliyin səviyyəsinin aşağı salınması insanların rifahına ciddi təsir göstərib ".
Baş nazirin müavini qeyd edib ki, 2000-ci illərin əvvəlində yoxsulluq 50 faiz civarında olubsa, indi 4,5 faiz səviyyəsindədir.
Baş nazirin müavini: "2003-cü ildən bu vaxtadək təxminən 1,9 milyon iş yeri yaradılıb"
30 noyabr 2017 08:51 (UTC +04:00)
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024