Cəlilabadlı gənclər dənizdə batıb

Cəlilabadlı gənclər dənizdə batıb
# 31 iyul 2017 16:03 (UTC +04:00)

Cəlilabad rayon sakinləri Xəzərdə batıb.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə iyulun 30-da Bakıdakı çimərliklərdən birində baş verib.


Cəlilabad rayon sakinləri Teymurov Nahid Teymur oğlu və Məstiyev Təbriz Vilayət oğlu çimmək üçün dənizə gediblər. Qısa zaman ərzində hər iki gənc gözdən itib.


Axtarış aparılsa da, hələlik gənclərin meyiti tapılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR