Bakıda küçədən kişi meyiti tapılıb

Bakıda küçədən kişi meyiti tapılıb
# 12 avqust 2015 14:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda küçədən meyit tapılıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Aşıq Ələsgər küçəsi 14 ünvanında qeydə alınıb. Həmin ünvanda küçədə naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü Elşən Gülmirzə oğlu Rzayev olması müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

E. Rzayevin ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR