“Azərbaycan Dəmir Yolları” QSC-də YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib
# 02 fevral 2018 13:02 (UTC +04:00)

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov açaraq, tədbir iştirakçılarını 2 fevral-Gənclər günü münasibətilə təbrik edib.

O bildirib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında" sərəncam imzalayıb. Gənclər hər bir ölkənin ictimai - siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Ulu öndər Heydər Əliyev gənclərə güvənərək daim onlara böyük etimad göstərirdi. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin hər zaman əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını daim öz üzərində hiss edib.

Ulu öndərin təməlini qoyduğu bu siyasi kurs hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra X.Hümbətov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmiryolçular bu gün yeniləşmə, yeni texnologiyaları mənimsəmə və sürətli inkişaf dövrünü yaşayırlar. Ölkəmiz Azərbaycan prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Əsas vəzifə Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu baxımdan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb nəqliyyat dəhlizlərinin reallaşması böyük gələcək vəd edir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib. Bütün bu işlərdə gənc dəmiryolçular aktivlik göstərirlər.

Ərazi ilk partiya təşkilatının üzvləri Həbib Misirov, Söhrab Həşimov və Jalə Əfəndiyeva çıxış edərək ölkəmizdə gənclərə göstərilən qayğıdan danışıblar.

Sonda partiya fəalı Söhrab Həşimov YAP-ın Gənclər Birliyinin 2017-ci ildəki ictimai-siyasi həyatındakı fəal iştirakına görə diplomla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR