Zərdabda vəhşi heyvanlar kəndə hücum edib

Zərdabda vəhşi heyvanlar kəndə hücum edib
# 10 noyabr 2016 11:51 (UTC +04:00)

Zərdab rayonunda vəhşi heyvanlar kəndə hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini Hamlet Məlikovun fərdi təsərrüfatındakı xırda buynuzlu heyvanlara hücum edən çaqqallar 50 baş qoyuna xəsarət yetiriblər.

Sakinlər meşəliklə əhatə olunan kənddə analoji hadisələrin tez-tez baş verdiyini, bu cür halların qarşısını almaqda çətinlik çəkdiklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR