Necdet Ünüvar: “Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”

Necdet Ünüvar: “Seçkilərdə qadınlar kişilərdən daha fəal idilər”
# 12 aprel 2018 08:47 (UTC +04:00)

"Biz dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi".



APA-nın xəbərinə görə, bunu Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib. Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N. Ünüvarın sözlərinə görə, səsvermə zamanı hər hansı qarşıdurma yaşanmayıb: "Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edirik. Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR