Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək

Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək
# 21 sentyabr 2017 10:36 (UTC +04:00)

Sentyabrın 27-də Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Nazir müavini deyib ki, həmin görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə ediləcək: "Oktyabrın ikinci yarısında təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitələrinin iclası keçiriləcək. Sonuncu enerji alt komitəsi ilə bağlı isə hələlik tarix yoxdur. Çünki Şərq Tərəfdaşlığı sammitinə hazırlıq getməlidir. Düşünmürəm ki, sammitdən əvvəl bu komitənin iclası olacaq. Hazırda alt komitələrə Brüssel ev sahibliyi edir. Ona görə də biz onların təkliflərinə baxıb fikir bildiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR