AİŞ "Azərsun Holdinq"in Qazaxıstandakı logistika mərkəzinə 4 mln. dollar yönəldib

AİŞ "Azərsun Holdinq"in Qazaxıstandakı logistika mərkəzinə 4 mln. dollar yönəldib
# 10 aprel 2017 11:52 (UTC +04:00)

"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) tərəfindən Qazaxıstanın Aktau şəhərində istehsalat və logistika mərkəzində 25% payın əldə edilməsi məqsədilə 2016-cı ilin aprelin 14-də şirkət "Anadolu Investments" MMC şirkəti ilə müqavilə bağlanılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.

Məlumata əsasən, AİŞ bu məqsədlə 3,8 mln. dollar məbləğində investisiya yönəldib.

Bununla yanaşı, AİŞ tərəfindən qeyri-neft sektorundan əczaçılıq, maşınqayırma, kənd təsərrüfatı və logistika sektorlarında investisiya qoyuluşları istiqamətində işlərin aparılması da bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR