Həsən Ruhaninin Rusiyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək

Həsən Ruhaninin Rusiyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək
# 07 fevral 2017 09:26 (UTC +04:00)

İran prezidenti Həsən Ruhaninin martı sonunda Rusiyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

”Ruhaninin səfərinin martın sonunda həyata keçiriləcəyi planlaşdırılır. Rusiya rəhbərliyi ilə aparılacaq danışıqlarda siyasi və iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlıq müzakirə olunacaq. Bundan əlavə, regiondakı ən aktual məsələlər diqqət mərkəzində olacaq. Bunlar Əfqanıstandakı vəziyyət, Xəzər dənizi problemi və Dağlıq Qarabağ münaqişəsidir“, - deyə rusiyalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR