AFFA rəqibini söyən futbolçunu 7 oyunluq cəzalandırıb

AFFA rəqibini söyən futbolçunu 7 oyunluq cəzalandırıb
# 06 dekabr 2016 10:44 (UTC +04:00)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsi matçlarında qeydə alınmış neqativ hallar müzakirə olunub.

“İnter Arena”da keçirilən “İnter” – “Qaradağ Lökbatan” görüşündə 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 800 manat cərimə olunub.

AZAL – “Rəvan” qarşılaşmasının 90+1-ci dəqiqəsində qonaqların oyunçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verib. Bu səbəbdən futbolçu 7 oyunluq diskvalifikasiya olunub, klubunu isə 640 manat ziyana salıb.

“Qəbələ” – “Zaqatala” matçında ev sahiblərinin 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Səbail” oyununda isə radio-informasiyanın 17 dəqiqə gec verilməsi ucbatından ağdamlılara xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR