Pakistanda məsciddə partlayış törədilib, ölən və yaralananlar var

Pakistanda məsciddə partlayış törədilib, ölən və yaralananlar var
# 17 oktyabr 2016 22:25 (UTC +04:00)

Bakı-APA. Pakistanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kəraçi şəhərində, məscidin qarşısında baş verib.

İlkin məlumata əsasən, naməlum şəxs məsciddən çıxan zəvvarlara tərəf qumbara atıb. Ölənlərdən 1-in qadın, 2-nin isə uşaq olduğu bildirilir.

Hazırda heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR