Bakıda "World E-commerce Eurasia – 2019" forumu keçirilir - FOTOSESSİYA

Bakıda "World E-commerce Eurasia – 2019" forumu keçirilir - FOTOSESSİYA
# 26 noyabr 2019 10:00 (UTC +04:00)

"StartupFest 2019" çərçivəsində Bakıda "World E-Commerce Eurasia – 2019" forumu işə başlayıb.

"APA-Economics"in məlumatına görə, “MyBroker” gömrük təmsilçiliyi ilə birgə təşkil edilən beynəlxalq praktik forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.

Tədbirdə elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyada son tətbiqlər, trendlər və praktik həllər ilə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat veriləcək.

Beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata güclü maraq və təşviq yaradacaq.

"StartupFest 2019"un əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Qeyd edək ki, APA İnformasiya Agentliyi sözügedən forumun media tərəfdaşı qismində çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR