Ağcabədi minik maşını kanala düşüb, 1 nəfər ölüb - FOTO

Ağcabədi minik maşını kanala düşüb, 1 nəfər ölüb - FOTO
# 29 noyabr 2019 22:57 (UTC +04:00)

Ağcabədi rayonunda 50 BK 182 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobi kanala düşüb, bir nəfər ölüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə “Qarabağ” kanalının Hüsülü kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qiyamadınlı kənd sakini, 1980-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə digər sərnişinlərin olub-olmadığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR