® Bakı regionun ən iri biznes mükafatının keçiriləcəyi məkan seçilmişdir

<font color=red>® </font> Bakı regionun ən iri biznes mükafatının keçiriləcəyi məkan seçilmişdir
# 24 oktyabr 2017 07:27 (UTC +04:00)

Azərbaycanın paytaxtı Navigator Business Award biznes sahəsində olan mükafatın Təntənəli Mərasiminin keçiriləcəyi məkan seçilmişdir. Mükafatın Təşkilat Komitəsindən bildirilən məlumata görə, müsabiqə bu il Azərbaycanı və Gürcüstanı əhatə etdiyi üçün yekun mərasimin keçiriləcəyi yerin seçimi Bakı və Tbilisi arasında idi. Təşkilat komitəsi Bakının regionda artan nüfuzunu nəzərə alaraq Azərbaycanın paytaxtı üzrə qərar vermişdir. Maraqlıdır ki, Bakı və Tbilisiyə alternativ variant hər iki paytaxtdan təxminən eyni məsafədə yerləşən Gəncə şəhəri idi.

Mükafatın ilkin olaraq Azərbaycan və Gürcüstan üçün nəzərdə tutulmasına baxmayaraq Təşkilat Komitəsi digər ölkələrdən, o cümlədən İran, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan və Rusiyadan gələn çoxlu sayda sorğuları nəzərə alaraq 2019-cu ildə mərasimin başqa bir şəhərdə keçirilməsi imkanını da istisna etmir.

Qeyd etmək lazımdır ki, Navigator Business Award mükafatı Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən 27 min şirkəti əhatə edir ki, məhz elə həmin şirkətlərin arasından da iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən ən layiqliləri seçiləcək. Mükafatın təşkilatçısı Cənubi Qafqaz regionunun ən iri biznes-portalı olan Navigator.az-dır. Qaliblər 2018-ci ilin yanvarında elan olunacaq.

Navigator Business Award mükafatının informasiya tərəfdaşları APA xəbər agentliyi, həmçinin “Business Time” və “World Economics” işgüzar nəşrləridir. Mükafatda iştirak etmək üçün sorğunu www.nba.az saytı vasitəsilə göndərmək olar.

Qeyd etmək lazımdır ki, uzun müddətdir ki Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin mükafatlandırıldığı bir sıra bzines mükafatlar mövcuddur. Lakin “Navigator Business Award” mükafatını digərlərindən fərqləndirən mühüm cəhət bu növ mükafatın ilk dəfə olaraq regionda iki ölkəni əhatə etməsidir.

Navigator.az mükafatlarından danışarkən qeyd etmək lazımıdr ki, onların sayı çoxdur və onlar biznes-portal vasitəsilə 12 ay ərzində bilavasitə laureatların imiclərinin dəstəklənməsinə istiqamətlənir. Navigator.az artıq bəyan etdi ki, tam siyahısı nba.az saytında göstərilən ənənəvi üstünlüklərdən başqa laureatlar bir il ərzində təmənnasız şəkildə pres-reliz yerləşdirmək, şirkətlər kataloqunda “Navigator Business Award-un Qalibi” xüsusi nişanı əldə etmək, Navigator Business Review (noyabrın sonunda buraxılacaq) onlayn-jurnalında yazı, müsahibə və məqalə yerləşdirmək, həmçinin portalda xüsusi reklam şərtlərini əldə etmək imkanına sahib olacaq.

Navigator.az-da qeyd etdilər ki, növbəti ilin yanvarında Navigator.az şirkətlərin top-menecmenti səviyyəsində üzvlük nəzərdə tutan Navigator Business Club-un fəaliyyətə başlamasını bəyan edəcək. Laureat şirkətlərin direktorları həmin kluba bir illik pulsuz üzvlük haqqını əldə edəcəklər. Sözügedən klub çərçivəsində mütəmadi olaraq top-menecerlərin iştirakılə müxtəlif görüşlərin keçirilməsi, həmçinin biznes-kluba üzv-şirkətlərin əməkdaşları üçün nəzərdə tutulan seminar və master-klasların keçirilməsi planlaşdırılır.

Orta hesabla hər bir laureat şirkət Navigator.az-dan ümumu dəyəri 2900 AZN olan müxtəlif hədiyyələr qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR