Kürdəmirdə yeniyetmə özünü güllələyib

Kürdəmirdə yeniyetmə özünü güllələyib
# 01 dekabr 2017 08:43 (UTC +04:00)

Kürdəmirdə silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 30-da Kürdəmir rayonunun Mollakənd kənd sakini olan yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR