"Gunaysığorta"nın ötən il səhmdarlarına ödədiyi dividendlərin məbləği məlum olub

"Gunaysığorta"nın ötən il səhmdarlarına ödədiyi dividendlərin məbləği məlum olub
# 01 avqust 2018 12:53 (UTC +04:00)

"Gunaysığorta" ASC-nin ötən il səhmdarlarına ödədiyi dividendlərin məbləği məlum olub.

"APA-Economics" Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, sığorta şirkəti 2016-cı ilin mənfəəti üzrə ötən il səhmdar Mahmud Məmmədov 11449 manat, Yeganə Şirinova 49586 manat, Xanım Məmmədova 7892 manat dividend əldə edib. Bununla da sığorta şirkəti səhmdarlarına ümumilikdə 68927 manat dividend ödəyib.

Qeyd edək ki, "Gunaysığorta"nın səhmlərinin 16,61%-i Mahmud Məmmədov, 71,94%-i Yeganə Şirinova və 11,45%-i Xanım Məmmədovaya məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR