Rusiya vətəndaşlarına xaricə səfər edərkən ABŞ-a görə diqqətli olmağa çağırıb

Rusiya vətəndaşlarına xaricə səfər edərkən ABŞ-a görə diqqətli olmağa çağırıb
# 02 fevral 2018 08:23 (UTC +04:00)

Rusiya öz vətəndaşlarını xaricə səyahət etmədən əvvəl iki dəfə düşünməyə çağırıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.



Bəyanatda bildirilir ki, Rusiya vətəndaşları xaricdə Vaşinqtonun tələbi ilə həbs olunub ABŞ-a təhvil verilmə təhlükəsi ilə qarşılaşa bilər: “ABŞ və Rusiya səlahiyyətliləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çağırışlarımıza baxmayaraq, ABŞ xüsusi xidmətləri bütün dünyada rusları “ovlamaq” siyasətini davam etdirir”.

Bəyanatda ötən ildən bəri ABŞ-ın tələbi ilə xarici ölkələrdə 10-dan çox rusiyalının saxlanıldığı deyilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR