ABŞ səfiri: “Gürcüstan güclü müdafiə imkanlarına malik olmalıdır”

ABŞ səfiri: “Gürcüstan güclü müdafiə imkanlarına malik olmalıdır”
# 23 yanvar 2018 11:07 (UTC +04:00)

“Gürcüstan çox güclü müdafiə imkanlarına malik olmalıdır”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli Gürcüstan müdafiə naziri Levan İzoriya ilə görüşü zamanı deyib.

Səfir bildirib ki, ABŞ-la Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq yaxşı səviyyədədir: “Gürcüstanın daha uğurlu olması üçün onun çox güclü müdafiə imkanları olmalıdır ki, ölkəyə qarşı aqressiyanın və ziyan vura biləcək xarici qüvvələrin qarşısını ala bilsin”.

Qeyd edək ki, bu günlərdə ABŞ-ın “Javelin” tank əleyhinə daşınan raket komplekslərinin Gürcüstana çatdırılmasının ilk mərhələsi başa çatıb. “Javelin” tank əleyhinə daşınan raket komplekslərinin dəyəri 75 milyon dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR