Azərbaycan bank sektorunda çalışanların sayı artır

 Azərbaycan bank sektorunda çalışanların sayı artır
# 25 iyul 2018 13:59 (UTC +04:00)

2018-ci il iyulun 1-nə Azərbaycanda bank sektoru işçilərinin sayı 16737 nəfər təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, bu ilin may ayı ilə müqayisədə iyunda bank sektorunda çalışanların sayı 75 nəfər və ya 0,5% artıb. Yanvar ayının əvvəlinə olan göstəriciyə əsasən, bank sektorunda çalışanların sayı 16171 nəfər olub. Ümumilikdə, bu il sektor üzrə işçilərin sayında 566 nəfərlik və ya 3,5%-lik artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR