Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirlərini 20 dəfə artırıb

Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirlərini 20 dəfə artırıb
# 19 aprel 2017 12:24 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycandan 23 mln. 664,9 min dollar dəyərində elektrik enerjisi idxal edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə Azərbaycan Gürcüstana ixrac etdiyi elektrik enerjisindən 22 mln. 482,1 min dollar və 20 dəfə çox qazanc əldə edib.

Belə ki, ötən ilin ilk rübündə qonşu ölkə Azərbaycandan 1 182,8 min dollar dəyərində elektrik enerjisi alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR