“E&Y” "PAŞA Bank"ın Türkiyədəki törəməsinin auditini aparacaq

“E&Y” "PAŞA Bank"ın Türkiyədəki törəməsinin auditini aparacaq
# 19 mart 2018 08:39 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası A.Ş.” 2018-ci ildə audit hesabatlarının hazırlanması ilə məşğul olacaq şirkəti müəyyənləşdirib.

APA-Economics” banka istinadən məlumat verir ki, “Ernst&Young” beynəlxalq audit şirkəti “PAŞA Yatırım Bankası A.Ş.”nin 2018-ci il üzrə maliyyə göstəricilərinin auditini aparacaq.

Qeyd edək ki, “PAŞA Yatırım Bankası A.Ş.”nin İdarə Heyətinin bu ilin martın 16-da keçirdiyi iclasda audit şirkətinin seçilməsi məsələsi yekdilliklə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR