Neft hasilatının azaldılmasına nəzarət üzrə Texniki Komitənin iclasının tarixi məlum olub

Neft hasilatının azaldılmasına nəzarət üzrə Texniki Komitənin iclasının tarixi məlum olub
# 08 oktyabr 2017 13:47 (UTC +04:00)

OPEK-ə üzv olan və üzv olmayan bir sıra neft hasil edən digər ölkələrin neft hasilatının azaldılması barədə razılaşmanın yerinə yetirilməsinə monitorinqi həyata keçirən Texniki komitənin növbəti iclasının vaxtı açılıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi OPEK-dəki mənbəyə istinadən məlumat yayıb.

Texniki Komitənin iclası oktyabrın 20-də Vyanada keçiriləcək. İclasa Liviya, Nigeriya və İraq təmsilçiləri də dəvət olunub.

Qeyd edək ki, OPEK və neft hasil edən bir sıra ölkələr 2016-cı ilin sonlarında neft hasilatının 1,8 milyon barel azaldılması barədə razılığa gəliblər. Razılaşma 6 ay üçün nəzərdə tutulub, daha sonra 2018-ci ilin martına qədər uzadılıb. Azərbaycan da bu razılaşmaya imza atıb.

Liviya və Nigeriya neft hasilatının azaldılması barədə öhdəlikdən azaddır. Buna səbəb həmin ölkələrin neft sənayesinin hərbi konfliktlərdən ciddi ziyan görməsidir. İraqa gəlincə, OPEK baş katibi Məhəmməd Barkindo ötən həftə İraqın razılaşmanın şərtlərini 100 faiz yerinə yetirəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR