Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılmasını Trampla müzakirə etmək niyyətindədir

Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılmasını Trampla müzakirə etmək niyyətindədir
# 24 dekabr 2016 17:56 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o İstanbulda çıxışı zamanı bildirib.

“Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik”, - deyə Ərdoğan bildirib.

“Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə təhlükə hələdə qalmaqda davam edəcək”, - deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR