Qüsurlu malları əvəzləyən mallar idxal rüsumu və vergilərdən tam azad olunacaq

Qüsurlu malları əvəzləyən mallar idxal rüsumu və vergilərdən tam azad olunacaq
# 18 may 2018 17:08 (UTC +04:00)

Standart mübadilə sistemi çərçivəsində əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim olunan zaman idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda əksini tapıb.

İndiyə qədər əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilən zaman gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR