Rusiyanın ən iri aviadaşıyıcılarından “UTair” yay mövsümündən Bakıya uçuşlara başlayacaq.
“APA-Economics”in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 6-dan Tümendən Bakıya birbaşa reyslər həftədə bir dəfə yerinə yetiriləcək.
Həftənin bazar ertəsi Tümendən həyata keçiriləcək aviareys yerli vaxtla 18:00-da başlayacaq, Bakıya isə 20:30-da çatacaq.
Birbaşa aviareyslər cari ilin sentyabrın 5-nə kimi davam etdiriləcək.