Rusiyanın daha bir aviaşirkəti Tümendən Bakıya birbaşa aviareyslərə başlayır

Rusiyanın daha bir aviaşirkəti Tümendən Bakıya birbaşa aviareyslərə başlayır
# 12 aprel 2018 08:34 (UTC +04:00)

Rusiyanın ən iri aviadaşıyıcılarından “UTair” yay mövsümündən Bakıya uçuşlara başlayacaq.

APA-Economics”in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 6-dan Tümendən Bakıya birbaşa reyslər həftədə bir dəfə yerinə yetiriləcək.

Həftənin bazar ertəsi Tümendən həyata keçiriləcək aviareys yerli vaxtla 18:00-da başlayacaq, Bakıya isə 20:30-da çatacaq.

Birbaşa aviareyslər cari ilin sentyabrın 5-nə kimi davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR