Gəncədə avtoxulanlıq edən 3 gənc həbs edilib - FOTO

Gəncədə avtoxulanlıq edən 3 gənc həbs edilib - <span style="color: red;">FOTO
# 16 oktyabr 2016 15:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yol hərəkəti qaydalarını pozaraq müxtəlif ərazilərdə və toy karvanlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

Saxlanılan şəxslər Gəncə şəhər sakinləri, 1991-ci il təvəllüdlü Emin Bədirov "Hyundai", 1989-cu il təvəllüdlü Ruslan Səlimov “VAZ 2107”, Samux rayon sakini, 1993-cü il təvəllüdlü Ceyhun Əliyev isə “Niva” markalı maşınla avtoxuliqanlıq ediblər.

DYP-nın inspektoru Hacı Həsənovun verdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücülər həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsiylə müəyyən edilib. Onların sürücülük hüququ məhkəmənin qərarı ilə bir il müddətində məhdudlaşdırılıb və barələrində inzibati qaydada 20 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Yol Polisi əməkdaşları şəhərdə qayda pozan və avtoxuliqanlıq edən sürücülərə qarsı tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR