® "Bank BTB" 2018-ci ilin ilk yarımilliyinin nəticələrinə əsasən artım tempini saxlaya bilib

<font color=red>® </font>  "Bank BTB" 2018-ci ilin ilk yarımilliyinin nəticələrinə əsasən artım tempini saxlaya bilib
# 26 iyul 2018 08:43 (UTC +04:00)

Ötən yarımilliyin nəticələrinə əsasən Bank “BTB” ASC-nin mənfəəti artıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabata əsasən 30.06.2018-ci il tarixinə Bankın aktivləri 299 mln. 449,09 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,39 %-ə yaxın artım deməkdir. Bankın aktivlərinin artımı kredit portfeli hesabına təmin olunub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 mln. 931,2 min. manatdan 189 mln. 556 min manata çatıb. Bu isə artım tempinin 39,45 % olması deməkdir.

Yarım ilin yekununda bankın mənfəəti 1 mln. 47,91 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çoxdur.

Məcmu kapital isə bankların kapital tələbinə tam cavab verərək 54 mln. 874,86 min manat təşkil edir.

Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 10 filial, 5 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR