Azərbaycan nümayəndələri İran islam inqilabının qələbəsinin ildönümü tədbirlərinə qatılacaq

Azərbaycan nümayəndələri İran islam inqilabının qələbəsinin ildönümü tədbirlərinə qatılacaq
# 08 fevral 2017 15:35 (UTC +04:00)

İran islam inqilabının qələbəsinin 38-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərə Azərbaycan Respublikasından nümayəndə heyəti də qatılacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın İslami Təbliğat Təşkilatının koordinasiya şurasının sədr müavini Nüsrətullah Lütfi keçirdiyi mətbuat konfransında deyib.


N. Lütfi bildirib ki, bu il islam inqilabının qələbəsinin ildönümü mərasimlərində səfirlər, rəsmi şəxslərlə yanaşı, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan Respublikasından ümumilikdə 550 ziyalı, alim və jurnalist iştirak edəcək. O əlavə edib ki, iştirakçıların çoxu jurnalist olacaq və onlar tədbirləri işıqlandırmaq üçün lazımi icazəni alıblar.

Qeyd edək ki, islam inqilabının qələbəsinin ildönümü mərasimləri İranın 1000 şəhər və qəsəbəsində, 4 min kənddə yerli vaxtla saat 09:00-da başlayacaq. Fevralın 11-də, cümə günü keçiriləcək mərasim günortaya yaxın, saat 12:00-da başa çatacaq və izdihamlı Cümə namazı qılınacaq.

İnqilabın qələbəsinin ildönümü münasibətilə İranın Bakıdakı səfirliyi tərəfindən də rəsmi qəbul təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR