Sabirabad və Şabranda avtomobil yanıb

Sabirabad və Şabranda avtomobil yanıb
# 04 sentyabr 2015 19:29 (UTC +04:00)

Bakı-APA. Sabirabad və Şabranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Ulacalı kəndində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi və ban hissəsinin üzlüyü yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Şabran rayonu, Aygünlü kəndində isə “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi və şiti yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR