İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 17 nəfər saxlanılıb

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 17 nəfər saxlanılıb
# 27 yanvar 2017 22:18 (UTC +04:00)

Türkiyə polisi İstanbulda antiterror əməliyyatı keçirib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 2 Türkiyə vətəndaşı və 15 əcnəbi saxlanılıb.

Şübhəli şəxslərin evlərində axtarış aparılıb, çox sayda sənəd və rəqəmsal vasitə götürülüb.

Əcnəbilərin deportasiya ediləcəkləri, digər iki nəfərin istintaqa cəlb ediləcəyi bildirilir. Məlumata görə, saxlanılan Türkiyə vətəndaşlarından biri İŞİD-ə qoşulmaq üçün gələn əcnəbilərə sığınacaq verib və terror təşkilatına yeni üzvlər cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR