Kimya sənayesində 479,1 mln. manatlıq məhsul istehsal edilib

Kimya sənayesində 479,1 mln. manatlıq məhsul istehsal edilib
# 16 sentyabr 2017 09:08 (UTC +04:00)

Bu il kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 479,1 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 22,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında 75,0%, əczaçılıq məhsullarının istehsalında isə 2,0 dəfə artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, əsas kimya məhsullarından izopropil spirti istehsalı 25,0%, lak-boya məmulatlarının istehsalı 47,0%, metil spirti istehsalı 2,1 dəfə artıb, oksigen istehsalı isə 67,8% azalıb. Rezin və plastmas məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 22,9 dəfə, polivinilxlorid borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 15,2 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR