Bosniyalı nazir: “TAP-la bağlı ölkə daxilində konsensus yoxdur”

Bosniyalı nazir: “TAP-la bağlı ölkə daxilində konsensus yoxdur”
# 01 dekabr 2016 10:07 (UTC +04:00)

“Biz TAP-la bağlı ölkə daxilində konsensusa nail ola bilməmişik”.

APA-nın məlumatına görə, bu sözləri Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Qonaq bunun ölkədaxili məsələ ilə bağlı olduğunu söyləyib: “Ümid edirəm ki, yeni hökumət formalaşandan sonra bu məsələ həllini tapacaq”.

Nazir ölkəsinin avrointeqrasiya prosesinə fokuslandığını, lakin digər ölkələrlə əməkdaşlığa da əhəmiyyət verdiyini bildirib: “Bu baxımdan Azərbaycan vacib ölkədir. Bu gün ölkələrimiz arasında ticarət dövriyyəsi demək olar ki, sıfıra bərabərdir, 350 min avrodur. Biz bunun artımına ümid edirik. Səfərin məqsədlərindən biri də budur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR