Амsterdamda baş verən atışmada azı 3 nəfər yaralanıb

Амsterdamda baş verən atışmada azı 3 nəfər yaralanıb
# 11 noyabr 2016 20:51 (UTC +04:00)

Niderlandın Amsterdam şəhərində silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə şəhərdəki kafelərdən birində qeydə alınıb.

Atışma nəticəsində azı 3 nəfər xəsarət alıb. Hadisənin şahidləri 5-6 atəş səsi eşitdiklərini bildiriblər. İnsidentlə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR