Amerika Dövlətləri Təşkilatı Venesueladakı böhranı müzakirə edəcək

Amerika Dövlətləri Təşkilatı Venesueladakı böhranı müzakirə edəcək
# 01 aprel 2017 04:26 (UTC +04:00)

Amerika Dövlətləri Təşkilatının Daimi Şurası Venesuela Ali Məhkəməsinin qərarından sonra ölkədə yaranan vəziyyəti müzakirə edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qurumun fövqəladə toplantısı aprelin 3-də Vaşinqtonda keçiriləcək.

İclas Argentina, Baham adaları, Barbados, Beliz, Braziliya, Kanada, Çili, Kolumbiya, Qayana, ABŞ, Honduras, Yamayka, Meksika, Panama, Paraqvay, Peru və Uruqvayın təşəbbüsü ilə çağırılıb.

Ötən gün Venesuelanın Ali Məhkəməsi qanunverici orqanının səlahiyyətlərini öz üzərinə götürüb. Ölkə parlamentinin deputatlarının toxunulmazlığı ləğv edilib. 2015-ci ildə seçkilərdə qalib gələn müxalifət hazırda Venesuela parlamentinin üçdə ikisini təşkil edir.

Prezident Nikolas Maduronun parlamenti nəzərə almadan fəaliyyət göstərməsinə yönələn qərarı ABŞ, İspaniya, Almaniya, Kanada, Peru, Çili və bir sıra digər ölkələr pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR