Tüstülənmə baş verən “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “İrgiz” yedək gəmisi ilə sahilə gətirilir - YENİLƏNİB

Tüstülənmə baş verən “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “İrgiz” yedək gəmisi ilə sahilə gətirilir - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2017 15:32 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”: Gəmitüstülənməsnin hansı səbəbdən baş verdiyi araşdırılır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC "Akademik Zərifə Əliyeva” adına gəmi-bərəsində baş verən tüstüləmə ilə bağlı məlumat yayıb.

QSC-dən "APA-Economics"ə verilən məlumatda bildirilir ki, bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi-bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.

Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.

Məlumatda deyilir ki, “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təhlükəsiz vəziyyətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İrgiz” yedək gəmisi ilə sahilə yan almaq üzrədir. Gəmi heyəti özünü yaxşı hiss edir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır.

Gəmiçiliyin sədri Rauf Vəliyev və texniki direktor Nurməhəmməd Talıbov da hazırda gəmi-bərənin göyərtəsindədirlər.

***

saat 15.53

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR