İrandan Azərbaycana heroinin gətirilməsinin qarşısı alınıb

 İrandan Azərbaycana heroinin gətirilməsinin qarşısı alınıb
# 10 noyabr 2016 12:32 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR