UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri verilib

UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri verilib
# 27 oktyabr 2016 21:01 (UTC +04:00)

Bu gün Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələrinə Strasburq Universitetinin tələbə biletləri verilib. APA-nın məlumatına görə, bununla bağlı keçirilən mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez UFAZ-ın Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə yarandığını qeyd edib. Onun sözlərinə görə, bu il UFAZ-a 4 ixtisas üzrə ilk qəbul həyata keçirilib: "141 nəfər universitetdə oxumaq hüququ qazanıb. Buradakı tələbələr Strasburq universitetinin tələbələri ilə eyni şəraitdə, eyni şərtlərlə təhsil alacaqlar və sonda eyni diplomu əldə edəcəklər. Universitetdə Fransadan gəlmiş müəllimlər tədris edir, eyni zamanda 13 nəfər yerli müəllim çalışır".

Daha sonra Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı universitetdə tələbələr üçün yaradılmış şərait və tədris mühiti barədə danışıb.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin yaranmasının iki ölkə arasında təhsil əlaqələrinin inkişafına yeni təkan verdiyini bildirib. Onun sözlərinə görə, bu əlaqələri Fransa mədəniyyətini insanlara yaxından tanıdacaq və mədəni əlaqələri inkişaf etdirəcək.

Sonda tələbələrə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR