Bakı Təhsil İdarəsinin əməkdaşları beynəlxalq spartakiadada iştirak edir

Bakı Təhsil İdarəsinin əməkdaşları beynəlxalq spartakiadada iştirak edir
# 05 iyul 2018 13:45 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları (BŞTİ) Bolqarıstanda keçirilən Müəllimlərin XIV Beynəlxalq Spartakiadasında iştirak edir.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfindən təşkil olunan səfərin əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, müxttəlif ölkələrdən olan pedaqoji sahədə çalışan işçilər arasında əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Spartakiadada idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, basketbol növləri üzrə qadınlar və kişilərdən ibarət komandalar güclərini sınayırlar.

Yarışlarda Azərbaycan, Bolqsrıstan, Ukrayna, Polşa, Tacikistan, Rumıniya və Bolqsrıstan şəhərlərinin komandaları iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR