Vəkillər Kollegiyasının sədri: "Vəkillərin mətbuata məlumat verməsinə etiraz etmirik"

Vəkillər Kollegiyasının sədri: "Vəkillərin mətbuata məlumat verməsinə etiraz etmirik"
# 02 may 2018 08:45 (UTC +04:00)

"Vəkillər məxfiliyi pozmamalı, vəkil sirrini yaymamalıdırlar".

APA-nın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, vəkillər mövcud qanunvericiliyin tələblərinə riayət etməlidirlər: "Vəkillərin mətbuata məlumat verməsinə etiraz etmirik. Biz vəkillərin mətbuata açıqlama verməsi ilə bağlı onlara hər hansı xəbərdarlıq etməmişik. Vəkillik azad peşədir. Əgər belə bir hal olsa, vəkillər öz narahatlığını ifadə edərdilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR