Azərbaycan Dövlət Agentliyinin baş direktoru İran mədəniyyət nazirinin müavini ilə görüşüb

Azərbaycan Dövlət Agentliyinin baş direktoru İran mədəniyyət nazirinin müavini ilə görüşüb
# 10 iyul 2017 17:09 (UTC +04:00)

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov İran mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Hüseyn İntizami ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə medianın inkişaf meyilləri, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

A. Aslanov ölkəmizdə mətbuatın inkişafına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanla İran arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi, media qurumları ilə əməkdaşlığın artırılması əsas prioritetlərdəndir. Baş direktor vurğulayıb ki, AZƏRTAC İranın nüfuzlu İRNA agentliyi ilə uzun illərdir səmərəli əməkdaşlıq edir, hər iki agentlik beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.

H. İntizami isə ümumi mədəni və tarixi köklərə malik olan İran və Azərbaycanın qonşu ölkələr olduğunu bildirib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən H. İntizami informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsinin əsas məqsədləri olduğunu önə çəkib. O, ölkələrimizin media qurumlarının regionda baş verən hadisələrə diqqətli yanaşmasının ortaq mədəniyyətimizin, tariximizin qorunması və inkişafında vacib məqam təşkil etdiyini qeyd edib: “AZƏRTAC böyük tarixə malik agentlikdir və onun geniş fəaliyyət sahəsi var. AZƏRTAC-ın İRNA ilə uğurlu əməkdaşlığı xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR