Azərbaycan banklarının məcburi ümumi ehtiyatlarının həcmi azalıb

Azərbaycan banklarının məcburi ümumi ehtiyatlarının həcmi azalıb
# 30 iyul 2018 08:52 (UTC +04:00)

İyunda Azərbaycan banklarının məcburi ümumi ehtiyatlarının həcmi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, 2018-ci il iyulun 1-nə bankların ümumi ehtiyatları 240,1 mln. manat olub ki, bu da may ayındakı göstəricidən 4,7 mln. manat və ya 1,92% azdır.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə isə bankların ümumi ehtiyatları 2,2 mln. manat və ya 0,92% artıb.

Xatırladaq ki, pul təklifinin effektiv tənzimlənməsi və bununla da qiymət sabitliyinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2017-ci il 30 may tarixli qərarı ilə manatla və qiymətli metallarla olan öhdəliklər üzrə məcburi ehtiyatların manatla, xarici valyuta ilə öhdəliklər üzrə məcburi ehtiyatların xarici valyutada müxbir hesablarda saxlanılması məqsədəuyğun sayılıb. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda edilmiş dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minib və banklar 15 avqustdan etibarən məcburi ehtiyatlarını qaydadakı qeyd olunan dəyişikliyə uyğun saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR