ABŞ-da aeroportda atışmanın motivləri açıqlanıb

ABŞ-da aeroportda atışmanın motivləri açıqlanıb
# 06 yanvar 2017 21:29 (UTC +04:00)

ABŞ-ın Fort-Loderdeyl şəhərində hava limanında atışmanın mümkün motivləri açıqlanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Florida ştatını Senatda təmsil edən Bill Nelson bildirib.

“Hadisənin səbəbi polis tərəfindən yaxalanan şəxsin psixoloji problemi və yaxud bizim ən çox ehtiyatlandığımız terrorçuluq ola bilər”, deyə B.Nelson bildirib.

İlkin məlumata əsasən, hava limanında atəş açaraq 5 nəfəri öldürən təxminən 35 yaşlı Latın Amerika əsilli şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR