Azərbaycan prezidenti “Thales International” şirkətinin I vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti “Thales International” şirkətinin I vitse-prezidentini qəbul edib
# 08 fevral 2018 11:16 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Fransanın “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib.

APA-nın məlumatına görə, R. Eskinazi təmsil etdiyi təşkilatın AZAL ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğulayıb və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd edib.

R. Eskinazi “Thales International” şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğulayıb.

Dövlət başçısı “Thales International” şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd edib və bundan sonra da uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirib.

Söhbət zamanı AZAL ilə “Thales International” arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı Azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR