Aİ rəhbərləri prezident İlham Əliyevə məktub göndərib

Aİ rəhbərləri prezident İlham Əliyevə məktub göndərib
# 29 may 2018 10:19 (UTC +04:00)

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker prezident İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli Prezident.

İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə səmimi təbriklərimizi çatdıraq.

Bu 100 illik yubiley münasibətilə ölkənizə daimi uğurlar arzulayırıq. Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR