Cəlilabadda ev əşyaları ilə birgə yanıb

Cəlilabadda ev əşyaları ilə birgə yanıb
# 22 iyul 2017 02:11 (UTC +04:00)

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Privolnoye kəndində vətəndaşa məxsus ümumi sahəsi 67 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 47 m2 sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR