Afrində Türkiyə ordusunun tankı vurulub, 5 hərbçi həlak olub

Afrində Türkiyə ordusunun tankı vurulub, 5 hərbçi həlak olub
# 03 fevral 2018 20:15 (UTC +04:00)

Suriyanın Afrin bölgəsində Türkiyə ordusuna məxsus tankın vurulması nəticəsində 5 hərbçi həlak olub. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Baş Qərargah bundan əvvəl Afrindəki əməliyyat zamanı ümumilikdə 5 hərbçinin həlak olduğunu bildirmişdi.

Qeydə edək ki, Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatı yanvarın 20-dən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR